Heydər Camal - VİRTUAL OYUNLAR SƏLTƏNƏTİNDƏN RƏDD OLUN!

Heydər Camal

 

Bəşəriyyət son zamanlara qədər qlobal insan matrisasını formalaşdırmış və formalaşdırmağa davam edən sistemi, yəni reallığı təsvir edən sistemi kəskin şəkildə dəyişmək zərurəti qarşısındadır. Bu sistemin məhv edilməli olan ən mühüm aspekti insan şüurunun söykəndiyi bazanın varlığın, mühitin, xarici dünyanın ləğv edilməyən qanunlarının birliyindən təşkil olduğuna olan səmimi inancdır.

Marksın “varlıq şüuru müəyyənləşdirir” maksimi təkcə iqtisadi materialistlərin zehni üzərində yox, həmçinin ümumilikdə, kökləri feyerbax-engels paradiqmasından çox az fərqlənən orta çağdaş ekspert cəmiyyəti üzərində də hakimdir. Bu matrisanın formalaşması üçün ən dayanıqlı vasitələrdən biri geosiyasət deyilən şeydir. O özünün rəmzi mücərrəd ifadəsi ilə Çin tarixi-siyasi quruluşunda daha dəqiq ifadə olunub: Şimal Cənuba, Şərq Qərbə, Qərb Mərkəzə qarşı və s.

Geosiyasi metodologiya tamamilə məzmunsuz və mənasızdır. Buna görə yeni dünyagörüşünün ilk addımları bu stereotiplərin qırılması ilə atılmağa başlamalıdır. Qərb və Şərq – ikinci dərəcəli yaxud virtual qütblər – elə maraqlı oyun oynayırlar ki, bu oyun sinfi mübarizəni, kastaların qarşıdurmasını, dini və sakral paradiqmaların müharibəsini kütlənin şüurunda əvəz edir və sıxışdırıb sıradan çıxarır. Etirazın postmarksist dünyagörüşünü formalaşdırmaq üçün edilən istənilən cəhd buna əsaslanır.

Biz geosiyasəti ortadan götürməklə passionar elementi virtual oyunların səltənətindən çıxarıb gerçəkdən qan tökülən və torpağa qarışan bir yerə gətiririk. Lakin bu torpaq “aşağıda” deyil, “yuxarıda”dır. Şəhidlərin qanının üzərimizdəki səmayla qovuşmasını nə siyasiləşmiş “üfüqün cəhətləri”, nə boğazlarla, nə də hələ tam cilalanmamış qaynaqlarla bir əlaqəsi var.

Mənasını itirmiş təsvirləri aşmaq bizi yeni səssizliyin səltənətində daxil edir ki, burada Allahın əmrləri əvvəlcə çətinliklə eşidilir, sonra isə amansızlıqla ucadan səslənməyə başlayır.

 Tərcümə: Səid Riad