Sokrataqədərki Filosofların Fraqmentləri - 2

Səid Riad

Hər şey tanrıyla doludur.

(πάντα πλήρη θεών είναι)

Müəllif: Militoslu Falis

 

Uzunçuluq etmək insanın ağıllı olmasına dəlalət etmir.

(ού τι τα πολλά έπη φρονίμην απεφήνατο δόξαν)

Müəllif: Militoslu Falis

 

 Xoşbəxt o kəsdir ki, az şeydən məmnun qalır, bədbəxt o kəsdir ki, çox şeydən də narazılıq edir.

υτυχής ο επί μετρίοισι χρήμασιν ευθυμεόμενος, δυστυχής δε ο επί πολλοίσι δυσθεόμενος)

Müəllif: Dimokritos

 

İnsanlar öz iradəsizliklərinə bəraət qazandırmaq üçün uğur ilahəsini uydurdular.

νθρωποι τύχης είδωλον επλάσαντο, πρόφασιν ιδίης αβουλίης)

Müəllif: Dimokritos

 

Söz işin kölgəsidir.

(λόγος έργου σκιή)

Müəllif: Dimokritos

 

Arzuların çoxluğu kasıblığa gətirib çıxarır.

(μείζονες γαρ ορέξεις μείζονας ενδείας ποιεύουσιν.)

Müəllif: Dimokritos

 

Hər bir ahıl gəncliyini yaşayıb, amma hər gəncin ahıl olacağı hələ bəlli deyil.

(γέρων νέος εγένετο, ο δε νέος άδηλον ει εις γήρας αφίξεται)

Müəllif: Dimokritos

 

 İnsanın daymonu onun xarakteridir.

θος ανθρώπω δαίμων.)

Müəllif: İraklitos

 

 Xalq şəhər divarları uğrunda vuruşduğu kimi, qanun uğrunda vuruşmalıdır.

άχεσθαι χρη τον δήμον υπέρ του νόμου ώσπερ τείχους.)

Müəllif: İraklitos

 

 Məni zülmətdən çıxarın.

(αποσκότησων με.)

Müəllif: Sinoplu Dioyenis

 

İnsan axtarıram.

(ανθρωπον ζητώ).

Müəllif: Sinoplu Dioyenis

 

Əgər varlısansa, istədiyin zaman, kasıbsansa, olanda (Diogendən nə vaxt nahar etmək lazım olduğunu soruşanda belə cavab verib).

(ει μεν πλούσιος, όταν θέλη, ει δε πένης, όταν έχη).

Müəllif: Sinoplu Dioyenis