Sokrataqədərki Filosofların Fraqmentləri - 1

Səid Riad
Özünü dərk et.
(γνῶθι σεαυτόν)
Delfidəki Apollon məbədində daş kitabədə olan bu yazının müəllifi bəlli deyil.
Düşüncə hər şeydən sürətlidir, çünki o, həmişə qaçaqaçdadır.
(τάχιστον νους, δια παντός γαρ τρέχει)
Müəllif: Militoslu Falis
Ən çətin şey özünü dərk etməkdir, ən asan şey başqasına məsləhət vermək.
(δύσκολον τον εαυτόν γνώναι, εύκολον τω άλλω υποτίθεσθαι)
Müəllif: Militoslu Falis
Kosmos hər şeydən gözəldir, çünki o, tanrının əsəridir.
(κάλλιστον κόσμος, ποίημα γαρ θεού)
Müəllif: Militoslu Falis
Qanunlar hörümçək toruna bənzəyir: üzərinə yüngül və zəif nəsnələr düşəndə tor onları yığıb saxlaya bilir, iri nəsnələr isə toru qırıb ondan qaçırlar.
(τους δε νόμους τοις αραχνίοις ομοίους· και γαρ εκείνα, εάν μεν εμπέση τι κούφον και ασθενές, στέγειν· εάν δε μείζον, διακόψαν οίχεσθαι)
Müəllif: Solon
Kədər gətirən həzdən uzaq dur.
(ηδονήν φεύγε, ήτις λύπην τίκτει)
Müəllif: Solon
Hər şey axır, hər şey dəyişir.
(πάντα ῥεῖ καὶ οὐδὲν μένει)
Müəllif: İraklitos (Platonun “Feetitos” dialoqunda bu ifadə var)
Gizli harmoniya aşkar olanından daha yaxşıdır.
(ἁρμονίη ἀφανὴς φανερῆς κρείττων)
Müəllif: İraklitos