Quyu jurnalı ildə 4 dəfə çap olunur və məqsədi həm yerli müəllifləri, həm də Azərbaycanda çox da tanınmayan, ilk dəfə tərcümə olunan müəlliflərin esseləri, traktatlarını dərc etməkdir. Başla hərəkatının təsis etdiyi bu jurnalın hər buraxılışı bir mövzuya həsr olunur və bu fon mövzu ətrafında kollaj yazılar yığılır. Jurnalın daxilində bölmələr əsasən “İçəridəkilər” (yerli imzalar), “Uzaqdakılar” (xarici müəlliflərin tərcümələri”, “Şeir Quyusu” (yeni nəsr şeirlər) və s. olur.

0
Buraxılış sayı

Quyu jurnalının ilk buraxılışı Qorxu mövzusunu əhatə edir. Bu buraxılışda müxtəlif yerli və xarici müəlliflərin qorxu bəhsi ətrafında məqalələri yer alır. Dərgidə həmçinin Antik Yunan dövründə qorxuya dair quleybani obrazların, miflərin xüsusiyyətləri qeyd olunub.

Jurnalın ikinci buraxılışı oyuna həsr olunur. Müxtəlif növ oyunların mifoloji fəlsəfi mənalarını müəlliflər açmağa çalışırlar. Burada ilk dəfə tərcümə olunan bir çox müəlliflər yer alır və Homo Ludens anlayışı ətrafında Roje Kayuaya qədər mövzular incələnir. Onu da qeyd etmək lazımdır ki, Oyun nəzəriyyəsi barədə ölkədə çox az yazı dərc olunub və jurnal bu məsələni geniş açıqlamağa çalışır.

İndiyədək çıxan buraxılışlardan ən həcmlisi və ən çox müəllif yer aldığı buraxılışdır. Başla Kitab-ın indiyədək 3 təməl distopiya janrında olan kitabların nəşr etdiyini nəzərə alsaq, bu buraxılış bir növ bu mövzunun son analiz cəhdidir.

“Modern dünyada universal olan tək şey bazardır” cümləsi ilə başlayan bu buxarılışda bazara kapitalizm, sol və müxtəlif variasiyalarda baxılıb. Jurnalda filosofların və ədiblərin Aqoradan başlayan və sosial şəbəkələrədək uzanan ticari anlayışları nümayiş olunur.

İstiqlalın yüz ilinə həsr olunmuş və ilk dəfə bu mövzuya toxunmuş Quyu jurnalının növbəti 5-ci sayıdır. Cümhuriyyət və istiqlalın fərqi, dünyada respublika anlayışına baxış və Azərbaycanın tarixi istiqlal uğrunda fikir mübarizəsi bu sayda geniş təhlil olunmuşdur.