Qustav hans Qraber

Qadın
Psixologiyası

İsveçrəli məşhur psixoloq və psixoterapevt Qustav Hans Qraber karyerasının başlanğıcında müəllim olaraq işləyib, Berndə “Uşaqda Ambivalentlik” adlı əsəriylə doktoranturasını tamamlayıb. “Psixoloq” adlı jurnalın təsisçisidir. Qraber, “Qadın Psixologiyası” kitabında qadın ruhunu çox yaxşı tanıyan biri olaraq qarşımıza çıxır. Hər kəs tərəfındən başa düşülən dildə yazılan kitabda, ziddiyyətli qadın ruhunu təsvir edir, tək-tək qadın tiplərini dərinlik psixologiyasının işığıyla tədqiq edir, qadınlardakı psixoloji pozuntular və Qadın Başlanğıcı haqqında geniş məlumat verir. Qraber, zəngin təcrübələrindən yola çıxaraq qadınların əsl mənlərinə qovuşmalarına, psixoloji inkişaf pozuntularından və komplekslərindən özlərini xilas etmələrinə, özlərini tanıyaraq, həqiqi tale və xoşbəxtliklərinə qovuşmağa kömək edir.