Modern Elm: Doğru bir etiqad və Anlayış axtarışı

Turqut Qaraca

    Türkiyədə litsey təhsili almış hər bir insan “Kopernik İnqilabı” ifadəsini eşitmişdir. Özəldə astronomiya, ümumi olaraq elm üçün bir dönüş nöqtəsi olduğu qəbul edilən bu cür “sadə” bir ifadə belə insanların “həyat”larını qurduğu qavram (məvhum) hörgüləri ilə nə qədər əlaqəli olduğu, ifadənin oxumuşlar nəzdində ağla gətirdiyi məzmunu təsəvvür edilərək təsbit edilə bilər. Deyilə bilər ki, hər Türk aydını bu ifadənin modern dünya anlayışına işarət etdiyini, “hər şeyin bununla başladığı, amma bitmədiyi..”ni düşünər. Eləsə bu ifadəyə bir az daha yaxından baxmağa cəhd edək. Əgər inqilab mövcud olandan tamamilə fərqli bir təsəvvür gətirən, köhnəni yerlə-bir edib dəyişdirən, sonra da inşa etdiyi, əvvəldə varlığı olmayan bir “şey”dirsə ilk sualımız bu olmalıdır: Kopernik, astronomiyada necə bir inqilab etmişdir?

 

   1957-ci ildən bu yana davam etdirilən araşdırmalar göstərmişdir ki, Kopernik astronomiyası “texniki” mənada “yeni” heç bir şey gətirməmişdir. Kopernik astronomiyasının ehtiva etdiyi bütün modellər, Muəyyəddin Urdi, Nəsiruddin Tusi, Kutbuddin Şirazi ve İbn Şatır olmaqla birlikdə, Marağa riyaziyyat-astronomiya məktəbinin təkmilləşdirdiyi modellərdir. Belə ki, Kopernik ətrafında hörülən ”əfsanə”ni elmi işlərində göstərən Otto Neugebauer ilə ömrünü bu mövzuya həsr edən dostu Noel Swerdlow, Koperniki “Marağa məktəbinin ən böyük təqibçisi” olaraq adlandırmışdırlar. Digər tərəfdən Kopernik astro-nomiyasının texniki riyaziyyat məzmunu, nəinki İslam dünyasındaki astronomiya, hətta Ptolomey astronomiyasına nisbətlə belə “geri”dir. Alexander Koyrenin, “Kopernik astronomiyasının ehtişamı, “equant” problemini həll etməsidir” iddiasına gəldikdə isə, Neugebauer bu “həll etmə”ni “qüvvətləndirmə” feiliylə dəyişdirmişdir.

 

 

   Bu analizdən sonra, yuxarıdakı nəticələrə belə bir cavab verilmiş olur: Kopernik astronomiyada deyil kosmologiyada inqilab etmişdir. Bu inqilabdan qəsd, Günəşi mərkəzə almasıdır. Astronomiya tarixiylə bağlı bəsit bir bazası olan hər insan bunları bilə bilər: Yermərkəzli riyazi bir modeldə, Günəşə aid bir vektoru Yerə çevirk, bəsitcə deyilərsə Günəşmərkəzli modeli bizə verir. İkincisi tarixdəki bütün birinci sini(master)  astronomlar beynəlmiləl bir kainat sistemində riyazi olaraq hər han bir nöqtənin mərkəz olaraalına biləcəyini qabul edir. Üçüncüsü, Aristarkhosdan (e.ə. III. əsr)  etibaren bir çok astronom Günəşi mərkəz olaraq almışdır. Biruninin verdiyi bilgilərə görə bəzi müsəlman astronomlar bu modeli ancaq mənimsəməklə kifayətlənməyib, bu bula uyğun olaraq, başda usturlab olmaqla bir çox astronomik aləti də düzəltmişdirBütün bunlardan daha vacibi, Günəşin mərkəzə alınması, “Beynəlmiləl Cazibə Qanunu” bilinmirsə elmi deyil, fəlsəfi, hətta etiqadi bir buldur.

 

   İndiyə kimi ortaya çıxardılan nəticə doğrudursa bu sualı soruşmaq haqqımızdır: O zaman “Kopernik İnqilabı” hələ də vardırmı? Qənaitimə görə vardır və onsuz da tarixdə, Kopernikin etdiyinə “İnqilab” deyilməsi, bir azdan açıqlayacağımız xüsusiyyətlərə söykənir/”idi”. O zaman nədir bu hərəkəti inqilabiedən xüsusiyyət? Bu suala cavab vermədən əvvəl, bir qavramı, “Kilsə” qavramını açmaq məcburiyyətindəyik.

 

   Bilindiyi kimi, Avropa elm-fəlsəfə tarixində “Kilsə” ancaq bir qurumun adı deyildi. Kilsə, Tanrıya, Kainata, Təbiətə, İnsana qısaca “hər şeyə” arxasından baxılan bir prizmanın, bir Sistemin adıdır. Bu sistem min illər boyunca yaradılmış kollektiv bir ağıl, bu ağlın istifadəsindən ortaya çıxan kollektiv bir üsul və bu üsulun yaratdığı bilgiyə nəzarət edən kollektiv bir meyardır. Hər insan, nəyə aid olursa olsun, necə olursa olsun və nə məqsədlə olursa olsun hər növ bilgini bu kollektiv ağlı istifadə edərək, bu kollektiv üsul içərisində və bu kollektiv meyarla dəyərləndirərək, qısaca bu kollektiv sistemin süzgəcinden keçirərək əldə etmək məcburiyyətindədir.

 

   Budur, özü də sistemin bir “işçi”si olan Kopernikin hərəkətini inqilaba çevirən, 1543-cü ildə dərc olunan “De revolutionibus orbium coelestium” adlı əsəriylə “Sistem”in ağlı, üsulu və meyarı xaricində, bir insan olaraq Kainatı bilmə cəhdidir. Dolaysıyla, dərhal qeyd edək ki, “Kopernik İnqilabı” astronomik və kosmologik deyil, esas etibariylə teologikdir. Bax bu səbəblə Kopernikin inqilabında, hər mövzuda Sistemdən daha doğru bilə biləcəyi iddiası “gizli” olaraq vardır. Buna görə də Qaliley, bu iddianı özünə meyar götürərək, Sistemin ağlı, üsulu ve meyarı olmadan hər şey haqqında daha doğru bilgi istehsal edilə biləcəyini demiş ve bu missiyanı da ”Təbiət elmləri” adını verdiyi yeni Sistemə yükləmişdir. Bu ifadələrdən hərəkətlə modern qərb fəlsəfəsənin niyə bilgi mərkəzli olduğu; çağdaş düşüncədə elmi tənqid edən Feyerabend kimi düşünürlərin nə üçün elmə Kilsə dedikləri kimi bir çox nöqtəyə gedilə bilər; amma xüsusilə Kantın kritika fəlsəfəsinə “Kopernik İnqilabı” deməsi yuxarıda dilə gətirilən düşüncələr baxımından yenidən rəyə tabe tutulmağı haqq edir. Digər tərəfdən modern düşüncə də “təbii” kəliməsinin daima istifadə edilməsi [təbii hüquq, təbii əxlaq və.s..] yenə bu təsbitlə son dərəcə yaxından əlaqəlidir.

 

   Yazımıza “Kopernik İnqilabı” ifadəsinin bu gün necə başa düşüldüyü sualıyla başladıq, amma əslində necə başa düşülməsi gərəkdiyini, daha doğru bir deyişlə həqiqətdə necə olduğu cavabını əldə etdik. Deyilmək istənən isə budur ki: Hakim olanların yazdığı tarixin bizə empoze etdiyi qavram hörgülərinin çox zərərsiz görünən ifadələrində belə “həqiqət”i [gərçəkliyi və doğruluğu] necə təhrif etdiyi ortadadır. “Elm”, Kopernik və ardıcılları üçün Kilsəyə, yəni Sistemə qarşı bir duruş, hətta səhih bir etiqad axtarışı idi. Nyutonçu kilsələr ve bu kilsələrdə vəzifə icra edən Nyutonçu din adamları dərindən-dərinə Sistemlə mübarizə aparırdılar. Nəticə, min illik Sistemin bu inqilabı dəyişdirməsiylə sonlandı. Qarşı qoyanlar səhih etiqadlarını qorumaq üçün ya ateist ya da teist olmaq məcburiyyətində qaldılar. Həqiqətən də bu Sistemin qapanı içərisində yaşayan biri üçün doğru etiqad arayışının başlanğıc nöqtəsi rədd ediş, ən azından kritikadır.

 

   Bu təsbit bu gün üçün də keçərlidir: İnancı bilginin önünə qoyan və hər şeyə yayan bir zehniyyət ən sonda rədd edilmə cavabıyla üzləşəcəkdir. Bu nəticə “elmi bilgi” üçün də keçərlidir: İnsanı ancaq saf ”inanc” ya da saf “bilgi” və ya saf “sevgi” qəbul etmək, insanı tək bir müstəviyə məhkum etmək deməkdir. Halbuki insan abid, natiq və aşıkdır; səhih, doğru etiqad budur çünki.

 

   İndiyə kimi bir nöqtəni açıqlamağı daima ertələdik: Kopernik ve hətta Qaliley, təbiətin bilgisindən danışanda Sistemə qarşı etiraz edərkən, söykəndikləri “bilmə tərzi”, yəni səhih, doğru etiqad arayışındakı üsulları nə idi: “Müşahidəylə uyğun hesab”. Bu meyar hardan gəlirdi: Kainatı idrak üçün yeni bir bilmə tərzini inkişaf etdirməyə çalışan Marağa Məktəbi və davamçılarının işlərindən. Elə ki, Ali Kuşçu, İbn Nakib ve Şəmsəddin Hafri, kainatı elmi idrak üçün “yeni bir metafizika” və “yeni bir fizika” qurmaqdan belə bəhs edirdilər. Çünkü bizdə Kilsə yox idi; Sistem yox idi. Bəs indi? İndi isə “Biz” yoxuq.

 

 

Müəllif: İhsan Fazlıoğlu