Andrey Zvyagintsev və “Leviafan” filmində müsbət qəhrəman

Firudin Həsənov

Jurnalist – Müsbət Qəhrəman haradadır? Niyə ölkəmizin təsviri belə qaranlıq, perspektivsizdir ?

 

Zvyagintsev – Müsbət qəhrəman, nisbətən yaşlı tamaşaçıların beynində heç cür paslanmayan, sosialist idealizmin ixtirasıdır. Mənim beynimə də bu yeridilib. Mən SSRİ-də oxuyurdum, harda ki, müsbət qəhrəman və mənfi qəhrəman kimi anlayışlar dolanmaqda idi. Biz pyeslərdə mənfi qəhrəmanı tapırdıq və onda olan müsbətləri ortaya çıxarırdıq, ona bəraət qazandırırdıq.

 

Jurnalist – Onu da demək lazımdır ki, amerikan döyüş filmlərində də həmişə müsbət qəhrəmanlar olur.

 

Zvyagintsev – Bəli, yəqin ki, var. Lakin bunlar gerçəkliyə və insana bəsit klişelənmiş yanaşmadır. Mən hətta deyərdim ki, bu insana qarşı hörmətsizlikdir, çünki insan “müsbət” qiymətləndirmədən daha genişdir.

 

Jurnalist – Sizin filminizdə həqiqətən də müsbət qəhrəman yoxdu?

 

Zvyagintsev – Nikolayın nəyi pisdir ki? O, kimə pislik edib? Harada və kimlə riyakar davranıb? Belə olan halda “müsbət” nə anlama gəlir? O sadəcə insandır və bütün başqa personajlar kimi “müsbət” sözönüsüz insan. İşarət barmağı bizim nəyimizə gərəkdir – “hara baxmaq, kimdən nümunə götürmək lazımdır?” Bu incəsənətə infantil münasibətdir. Siz həyat panoramasına bəzəksiz, hiperbolasız, sadəcə necə var o cür baxmalısınız və öz nəticələrinizi çıxarmalısınız. Bir çox hallarda isə nə etsən də, müəlliflərin müəyyən subyektiv baxış bucağı bu reallıq üzərinə tətbiq edilir. Amma bu baxışın içindən belə, sən bu və ya digər vəziyyətlərə düşən insanları ayırd edə bilərsən. Və kimdən nümunə götürmək lazımdır sualını yox, burda mən hardayam və bu mənim ölkəmdirmi sualını özünə vermək lazımdır. Bir çoxları hesab edir ki, bu onların ölkəsi deyil. Mən səmimi olaraq belə düşünənlərə görə sevinirəm. Onlar tamamilə xoşbəxt insanlardılar. Mən isə bədbəxtlikdən, başqa bir şey görürəm və bunu mənimlə bölüşməyi təklif edirəm, müsbət və mənfi personajlarsız. Dediklərim filmin finalına da aiddir. Zala gəlmiş tamaşaçını nə baş verdiyini anlayırsınız? O, demək olar, genetik vərdişlə gözləyir ki, finalda rebusu onun əvəzinə həll edəcəklər: və budur, nəhayət ki, budur!

 

Jurnalist – Siz bölüşməyi təklif edirsiniz, lakin filmin sonunda bunun üçün çıxış yolu, dərindən nəfəs dərmək yoxdur.

 

Zvyagintsev – Mən təklif edirəm ki, bu cür davranaq: nəfəsimizi dərməyək, çünki o uydurmadır, çünki şablona öyrədilmiş şüur bu cür işləyir. O vərdiş edib ki, sonda məhz belə olacaq, amma nədənsə bu baş vermir. Bu eynilə həyatda olduğu kimi, baş vermir. Həyatda hər şey məlum yolla sonlanacaq. O sonluğa sən necə gələcəksən – bax bu sənin filmindir.

 

Jurnalist – Amma yaşamaq insan üçün çətin olardı, əgər hər dəqiqə ona ölüm fikrini, ölümlü olmağını və sonu xatırlatsa idilər.

 

 

Zvyagintsev – Mən artıq bu barədə dedim ki, hər dəqiqə yox. Başqa filmlərə də baxmaq olar, televizoru açmaq və nə baş verdiyinə, hər şeyin bizdə necə möhtəşəm, gözəl və füsunkar perspektivli olduğuna baxmaq olar. Hamı, kobud ifadə etsək, düyməni sıxa bilər. Mən artıq televiziya işçilərinin terminologiyası ilə danışıram (!). Düzünü desək, bu artıq bəhanədir. Mən bir şey içində iştirak edirəm, sonra isə deyirəm: “axı sizin düyməni sıxmaq haqqınız var”. Mən bunu məsuliyyətdən qaçmaq kimi qiymətləndirirəm. Mənim isə məsuliyyətdən qaçmaq fikrim yoxdur, mən bəyan edirəm ki, bu incəsənət metodudur, belə bir povest üsulu. Ona görə ki, əminəm, “Leviafan” filminin sonuna hər hansı pozitiv final təklif edilərsə, o an hər şey dağılacaq. Bütün bu dünya “fake”ə çevriləcək.