Ayn Rand

Himn

Amerikalı yazıçı və filosof Ayn Randın “Himn” distopik əsəri, novellasının təqdimatına hər kəs dəvətlidir. Rand kollektivizmə qarşı rasional individualizmin banilərindən hesab olunur. Himn isə müəllifin bədii üslubda “Mən”ini kəşfetmə hekayəsidir. Əsər bütün məhdudiyyətlərə, təlqinlərə və tədbirlərə baxmayaraq, insanın fərdiliyinin və unikallığının basdırıla bilməyəcəyini göstərir. Həqiqi azadlığın nə olduğunu yığcam və təsirli şəkildə ifadə edən bu əsər vasitəsilə hər kəs öz “Mən”ini yenidən kəşf edəcək.

  • Tərcümə: Ramilə Bayramova

Səid Riad

Repin Tarixi

Hip-hop musiqisinin yaranması, Qərbdə repin keçdiyi yolun qısa təsviri, üslublar və ən əsası Azərbaycan repi və reperlərinin tarixçəsi bu kitabda göstərilib.

Azərbaycanda və Dünyada repin yaranmasından son günlərə qədər prosesləri əhatə edir. “Repin Tarixi” bu mövzuda yazılmış ilk tədqiqat kitabıdır.