Haqqımızda

Başla Hərəkatı 2012-ci ildə təsis olunmuşdur. Hal-hazırda hərəkatın yeddi üzvü var. Fəaliyyət istiqaməti əsasən iki hissəyə ayrılır. Verbal və vizual.

Verbal istiqamətdə müxtəlif mövzularda (fəlsəfə, distopiya, psixologiya və s.) kitablar tərcümə olunaraq nəşr edilir.

Vizual istiqamətdə isə qısametrajlı video materiallar və tammetrajlı filmlər azərbaycanca altyazı ilə hazırlanaraq Başlanın youtube kanalına yerləşdirilir. 

Ümumi olaraq indiyədək 400-ə yaxın video-film, 28 kitab-jurnal və müxtəlif mövzularda mühazirələr işlənilib. Hərəkatın əsas məqsədlərindən biri intellektual platformanın formalaşması üçün Azərbaycan dilində keyfiyyətli yazı və görüntü materialları hazırlamaqdır.

Saytda Başla*nın jurnal, akademiya, TV, kitab və bloq bölmələri üzrə işləri ilə tanış olmaq mümkündür.