Çoban olaraq peyğəmbər, kral, hökmdar, şah və sultanın başçılıq etdiyi sürü, yəni xalq anlayışı XIX əsrə qədər siyasət elminin ana metaforu idi. Qədim Misir fironları, Şumer kralları, Babil imperatorları, Midiya hökmdarları, Türk xaqanları, Səfəvi şahları, Osmanlı sultanları, Rus çarları, hətta ingilis və fransız kralları öz xalqlarının çobanı adlandırılırdı. Türklərin tarixdə yaratdığı dövlətlər (Hun, Ağhun, Qarahun, Ağqoyunlu, Qaraqoyunlu) və tayfa ittifaqları (Baranlı, Bərəndey, Qızılkeçili, Qarıkeçili, Qaracaqoyunlu, Ağcaqoyunlu) məhz qoyun adı daşıyıblar. Monoqrafiya tarix morfologiyası, ieorofaniya, epifaniya və xarakteoqrafiya mövzusunda ölkəmizdə yazılmış ilk əsərdir.